Kolo Muani ayrılmaq istəyir

Frankfurt "Ayntraxt"ının hücumçusu Randal Kolo Muani komandasını dəyişmək istədiyini kluba açıqlayıb.

Sportline.az xəbər verir ki, 24 yaşlı fransalı futbolçunun xidmətində "Bavariya" və PSJ maraqlıdır.

Kolo Muani ötən yaydan “Ayntraxt”da çıxış edir. O, Almaniya klubunda 46 oyun keçirib, 23 qol vurub və 17 məhsuldar ötürmə verib.