Komandasına kapitan kimi qayıtdı

Paraqvaylı müdafiəçi Fabian Balbuena "Dinamo"nun kapitanı seçilib.

Sportline.az xəbr verir ki, kapitanın köməkçiləri Anton Şunin, Daniil Fomin, Fyodor Smolov və Sergey Parşivlyuk olacaq.

Balbuena 2021/22 mövsümündə kapitan sarğısı ilə artıq iki dəfə "Dinamo" nu meydana çıxarıb.

Paraqvaylı futbolçu 2022/23 mövsümünü Moskva komandası ilə müqaviləsini dayandıraraq "Korintians"da keçirib. Balbuena bu müddət ərzində Braziliyanın yüksək liqasında 14 oyun keçirib, 3 qol vurub.