Kompani kanadalı futbolçu haqqında danışıb
“Bavariya”nın belçikalı çalışdırıcısı Vensar Kompani futbolçusu Alfonso Deyvis haqqında müsbət fikirlər səsləndirib.
Sportline.az xəbər verir ki, 38 yaşlı mütəxəsis jurnalistlərə müsahibə verərkən bu fikirləri söyləyib;
“Alfonso Deyvis ötən mövsüm yaxşı olmadığını söyləyirdilər. Lakin bu mövsüm belə deyil. O mükəmməl futbolçudur. Bizimlə qalmasını çox istəyirəm. Lakin bu futboldu hər an hər şey baş verə bilər”, - deyə V.Kompani bildirib.
Qeyd edək ki, Alfonso Deyvisin adı “Real Madrid” ilə hallanır.