Konor Makqreqor prezident olmaq istəyir
UFC-nin sabiq çempionu Konor Makqreqor indi də başqa sevdaya düşüb.
Sportline.az xəbər verir ki, qalmaqallı açıqlamaları ilə daim gündəmdə olan idmançı siyasətə atılmağı planlaşdırır.
Konor 2025-ci ildə İrlandiyanın prezidenti olmaq iddiasındadır.
O, növbəti prezident seçkilərində namizədliyini irəli sürəcəyini elan edib.
Sosial şəbəkə hesablarındakı paylaşımlarda buna yeganə layiqli namizəd olduğunu vurğulayan Makqreqor, xalqının rifahı üçün çalışacağını bildirib.
Qeyd edək ki, hazırda İrlandiyanın prezidenti 83 yaşlı Maykl Xiqqinsdir.