Konseysaudan "Barselona" açıqlaması
"Portu"nun baş məşqçisi Serxio Konseysao Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun "Barselona" ilə oyunundan (0:1) sonra keçirdiyi emosiyalardan danışıb.
Sportline.az xəbər verir ki, mütəxəssis oyunu belə şərh edib.
“Oyunçuların gördüyü işdən qürur duyuram və biz hesabı bərabərləşdirməyə çalışaraq matçı aktiv şəkildə başa vurduq. Oyun boyu diqqətinizi cəmləməlisiniz. “Barselona”nın birinci hissənin sonunda önə keçməsi təəssüf doğurur. Bütün 90 dəqiqə ərzində diqqətli olmalısınız. Amma indi biz davam etməliyik. Hakim Teylorun işi haqqında nə düşünürəm? Bu barədə artıq üç-dörd müsahibəmdə danışmışam. Biz bir kluba qarşı oynadıq. Bu da kifayətdir”, - deyə Konseysao açıqlama verib.
"Barselona" 6 xalla H qrupuna başçılıq edir, "Portu" isə ikinci yerdədir (3 xal).