Kopa Amerikada 3-cü turun daha iki qarşılaşması keçirilib

Futbol üzrə Amerika Kubokunda üçüncü turun növbəti oyunları keçirilib.

Sportline.az xəbər verir ki, ABŞ-də təşkil olunan turnirin B qrupunda Meksika Ekvadorla qarşılaşıb.

Görüş qolsuz bitib.

Qrupun digər oyununda isə Venesuela millisi Yamaykanı üstələyib - 3:0.

Bu nəticələrdən sonra Venesuela (9 xal) və Ekvador (4 xal) komandaları 1/4 finala vəsiqəni təmin ediblər.

Növbəti mərhələdə A qrupunun birincisi Argentina B qrupunun ikincisi Ekvadorla üz-üzə gələcək. Digər qarşılaşma isə A qrupunun ikincisi Kanada ilə B qrupunun birincisi Venesuela arasında baş tutacaq. Argentina - Ekvador matçı iyulun 4-də, Venesuela - Kanada qarşılaşması isə 5-də keçiriləcək.