Kovaçiç yeni klubundan razıdır

Mateo Kovaçiç "Mançester Siti"yə keçidi ilə bağlı emosiyalarını bölüşüb.

Sportline.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi klubu ilə 4 illik müqavilə imzalayıb.

“Mənim üçün heyrətamiz transferdir. "Mançester Siti"yə qoşulmaq üçün səbirsizlənirəm. Pep Qvardiolanın rəhbərliyi altında komandanı izləyən hər kəs onların nə qədər yaxşı olduğunu bilir. Mənim fikrimcə, onlar dünyanın ən yaxşısıdır".