"Krasnodar" dağıstanlı futbolçu ilə vidalaşır

Maqomed-Şapi Süleymanov "Krasnodar"ı tərk etməyə yaxındır.

Sportline.az xəbər verir ki, "Krasnodar" qarşıdakı mövsümdə Süleymanova ümid etmir. 23 yaşlı cinah oyunçusu ilə Fransa və Səudiyyə Ərəbistanı klubları maraqlanır.

2022/23 mövsümündə Süleymanov icarə əsasında İsrailin "Hapoel Beer Şeva" klubunda çıxış edib.