"Krasnodar" qapışı mövqeyinə transfer edib

"Krasnodar" PSJ-yə transfer olunan Matvey Safonovun əvəzinə "Rubin Kazan"ın qapıçısı Yuri Dyupini transfer edib.

Spotline.az xəbər verir ki, bu bərədə klubun rəsmi saytı məlumat yayıb.

36 yaşlı qapıçı ilə müqavilə 2025-ci ilin iyun ayına kimi imzalanıb.

Dyupin ötən mövsüm 29 oyunda Kazan təmsilçisinin qapısını qoruyub və bu görüşlərin 9-da qol buraxmayıb.

Qeyd edək ki, rusiyalı qapıçı daha əvvəl karyerasında "Anji Mahaçkala" və "Dinamo Barnaul" komandalarının formasını geyinib.