Kurtua qayğılıdır

"Real Madrid"in qapıçısı Tibo Kurtua bu mövsüm Çempionlar Liqasında oynamaq şanslarını dəyərləndirib.

Sportline.az xəbər verir ki, 31 yaşlı qolkiper hazırda sol dizindəki ön çarpaz bağın yırtılmasından sağalır.

O, turnirdə iştirak edib-etməyəcəyinə əmin olmadığını bildirib.

Sentyabrın 20-də “Real” Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində “Union”la qarşılaşacaq.