Kvaratsxeliya ən pislərdən biri oldu
"Napoli"nin A Seriyasının 8-ci turunda evdə "Fiorentina"ya uduzması fonunda "La Gazzetta dello Sport" Rudi Qarsiyanın rəhbərlik etdiyi komandaya aşağı qiymət verib.
Sportline.az xəbər verir ki, "Napoli"nin baş məşqçisi isə bu matçda ən aşağı xalı - rüsvayedici 4,5-i alıb.
Xviça Kvaratsxeliya bütün oyunu oynayıb və 5.0 reytinq alıb.
Nəşrin şərhi: “Nəticədə Qarsiya Kvaranı sağ yarımmüdafiəçi etdi. "Napoli"nin demək olar ki, öz oyununu tətbiq etmədiyi bu görüşdə gürcü oyunçu digər oyunçularla müqayisədə daha çox əziyyət çəkdi. Bununla belə, Kvara özü komandaya daha çox şey verməlidir”.
"Napoli" A Seriyasının ilk 8 turundan sonra 14 xala sahibdir ki, bu da 2016-17 mövsümündən bəri ən pis başlanğıcdır.
İtaliyanın hazırkı çempionu turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb və lider “Milan”dan 7 xal geri qalır.