Kvaratsxeliya "Napoli"nin 5 milyon avroluq maaş təklifini rədd edib

"Napoli"nin cinah oyunçusu Xviça Kvaratsxeliya Neapol klubunun prezidenti Aurelio De Laurentisin bonuslar daxil olmaqla illik 5 milyon avro maaş təklifini qəbul etməyib.

Sportline.az xəbər verir ki, bu barədə  Corriere dello Sport nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, Kvaratsxeliya və onun agenti Mamuka Cuqeliya ilə De Laurentis arasında görüş baş tutub və danışıqlardan sonra 23 yaşlı hücumçunun ona təqdim olunan təklifi nəzərdən keçirmək üçün vaxt istədiyi bildirilib. Tərəflərin növbəti görüşü AVRO 2024 başa çatdıqdan sonra olmalıdır.

Xəbərdə vurğulanır ki, PSJ klubu gürcüstanlı futbolçunun ilinə 11 milyon avro təklif edir. 

Qeyd edək ki, Xviça ötən mövsüm İtaliya klubunun heyətində 48 oyunda 12 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.Hazırki dəyəri 80 milyon avro olan oyunçunun "Napoli"  müqaviləsi 2027-ci ilin yayına qədərdir.