La Liqada bu gün

İspaniya La Liqasında 7-ci tur start götürür.

Sportline.az xəbər verir ki, bu gün 3 oyun keçiriləcək.

Günün oyun cədvəli: 

21:00 "Sevilya - "Real Valyadolid" (Ramon Sançez Pizxuan stadionu)

21:00 "Valensiya - "Osasuna" (Mestalya stadionu)

23:00 "Real Madrid" - "Alaves" (Santiaqo Bernabeu stadionu)

Qeyd edək ki, 6 turdan sonra yarış cədvəlinə 18 xalla "Barselona" başçılıq edir. İkinci sıradakı "Real"ın aktivində 14 xal var. İlk üçlüyü 13 xalla "Atletik" qapıyır.