La Liqadan Rusiyaya gedə bilər

"Dinamo" "Espanyol"un müdafiəçisi Sezar Montesin transferi ilə bağlı danışıqlar aparır.

Sportline.az xəbər verir ki, Barselona klubu 26 yaşlı mərkəz müdafiəçisi üçün 10 milyon avro istəyib. "Dinamo" 6-7 milyondan çox ödəməyə hazır deyil, ona görə də transfer şansı minimaldır.

Moskvalılar ötən yay Meksika millisinin futbolçusu ilə müqavilə imzalamağa çalışsalar da, sonra onun klubu "Monterrey" Montesi Rusiyaya satmaqdan imtina edib.

Banner