Laportadan açıqlama

"Barselona"nın prezidenti Joan Laporta müdafiəçi Alexandro Balde ilə müqavilənin uzadılması ilə bağlı emosiyalarını bölüşüb.

Sportline.az xəbər verir ki, funksioner “bu, "Barsa" üçün tarixi bir gündür. Balde klubu 13 yaşından tanıyan şəxsdir. O, "Barsa"nın nə olduğunu və dəyərlərimizin nə olduğunu bilir. Və o, bütün gələcək klub yenilərinin komandaya inteqrasiyasına cavabdeh olanlardan biri olacaq” deyib.

19 yaşlı Balde "Barselona"nın məzunudur. 2023/24 mövsümündə Balde klubda 5 oyun keçirib və effektli olmayıb.