"Latsio" klubunu xorvatiyalı mütəxəsis çalışdıracaq
"Latsio" klubunu xorvatiyalı baş məşqçi çalışdıra bilər.
Sportline.az idman jurnalsiti Fabritsiyo Romanonun paylaşımına istinadla xəbər verir ki, Maurizo Sarrinin gedişindən sonra komandanı İqor Tudor çalışdıracaq.
İtaliya klubu İqor Tudorla 2025-ci ilədək müqaviləyə imza atmağa hazır olduğunu bildirib.
Qeyd edək ki, İqor Tudor karyerası ərzində "Marsel","Verona","Yuventus", "Udineze","Qalatasaray" və "Karabükspor" klublarını çalışdırıb.