"Latsio" rəqibini 23-0 hesabı ilə məğlub edib

Seria A klublarında "Latsio" yeni mövsüm öncəsi ilk yoldaşlıq oyununu keçirib.

Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi "Auronzo" klubunu 23-0 hesablı məğlubiyyətə uğradıb.

Eyni rəqibi ilə 2012-ci ildə də qarşılaşan "Latsio"  həmin vaxt 14-0 hesablı qələbəyə sevinmişdi.

Qeyd edək ki, ötən mövsüm Mauritsio Sarri və İqor Tudorun çalışdırdığı komanda İtaliya çempionatını 61 xalla 7-ci pillədə başa vurub/