"Latsio"nun yeni hədəfi
"Midtjylland"ın hücumçusu Qustav İsaksen "Latsio"ya keçməyə yaxındır.
Sportline.az xəbər verir ki, 22 yaşlı danimarkalı artıq Romaya gəlib və tezliklə "Latsio" ilə müqavilə imzalayacaq. Transfer məbləği 16 milyon avro olacaq.
İsaksen ötən mövsüm 45 oyun keçirib, 22 qol vurub və 9 məhsuldar ötürmə edib.