Lautaro Martinez “İnter”də qalacaq

Lautaro Martinez karyerası "İnter"də davam etdirəcək.

Sportline.az xəbər verir ki, klubun idman direktoru Moratta Lautaro ilə yeni müqavilə imzalayacaqlarını deyib.

O, açıqlamasında :"Lautaro bizim üçün çox dəyərli futbolçudur. Mövsüm sonunda mütləq müqaviləni uzadacağıq",-deyib.

Qeyd edək ki, Lautaro Martinez bu mövsüm "İnter" forması ilə çıxdı 36 oyunda 26 qol, 5asistlə yadda qalıb.