“Leypsiq” Benjamin Şeşkonun qiymətini açıqlayıb
“Leypsiq”in 21 yaşlı futbolçusu Benjamin Şeşko mövsümün sonunda klubda ayrılacağı gözlənilir.
Sportline.az “Bild” qəzetinə istinadən xəbər verir ki, “Leypsiq” rəhbərliyi Benjamin Şeşko üçün 75 milyon avro tələb edir.
Almaniya təmsilçisi yay transfer pəncərəsi dövründə sloveniyalı futbolçu ilə vidalaşmağı planlaşdırır.
Benjamin Şeşko ilə “Arsenal” klubu yaxından maraqlanır.
Qeyd edək ki, Benjamin Şeşko bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 15 matçda 7 qol və 3 asistlə yadda qalıb.