“Lester”dən “Fənərbağça”ya

“Fənərbağça” “Lester Siti”nin futbolçusu üçün təklif göndərib.

Sportline.az "Fotomaç"a isitinadla xəbər verir ki, “sarı lacivərdlilər” İngiltərə klubunun 24 yaşlı futbolçusu Vilfred Ndidi üçün təklif göndərib.

“Lester Siti” oyunçunun transferi ilə bağlı müsbət cavab verib. Vilfired Ndidinin hazırkı dəyəri 25 milyon avro olsa da “Fənərbağça” 17 milyon avro təklif edib. 

Qeyd edək ki, Vilfred Ndidi 2017-ci ildən “Lester Siti” forması ilə 51 oyuna çıxıb.