Levandovski MLS-ə gedir

"Barselona"nın forvardı Robert Levandovski yayda karyerasını MLS-də davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Çikaqo Fayr" klubu sözügedən futbolçu ilə yaxından maraqlanır.

Bu haqda "Mundo Deportivo" nəşri məlumat yayıb.

Qeyd edək ki, R.Levandovski cari mövsüm meydana çıxdığı 39 matçda 17 qol, 3 asistlə yadda qalıb.