Levi "Tottenhem"dəki səhvlərini açıqladı

"Tottenhem"in prezidenti Daniel Levi Antonio Konte və Joze Mourinyonu London klubunun baş məşqçisi postuna dəvət etməyi səhv hesab edir.

Sportline.az xəbər verir ki, funksioner bu barədə "Bloomberg"ə açıqlama verib.

“Həm Jose, həm də Antonio ilə yaxşı münasibətim var idi. Mən səhv etdim. Onlar əla menecerlərdir, amma sadəcə olaraq bu kluba uyğun deyillər. Onların qazanmaq istədikləri yol bizim qalib gəlməyimizdən fərqlidir" - deyə Levi bildirib.

Mourinyo 2019-2021-ci illərdə “Tottenhem”ə rəhbərlik edib. Konte 2021-2023-cü illərdə "Tottenhem"i çalışdırıb.