"Leyptsiq"dən 32 milyon avroluq təklif

"Leyptsiq" "Lion"un müdafiəçisi Kastello Lukeba ilə maraqlanır.

Sportline.az xəbər verir kli, müqavilə Almaniya klubuna 32 milyon avroya başa gələcək.

"Leyptsiq" artıq 20 yaşlı fransızla 5 illik müqaviləyə anlaşıb.

Lukebanın "Lion"la hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatır. Ötən mövsüm o, klubun heyətində 38 oyuna çıxıb və 2 qol vurub.