"Lids Yunayted"in qapıçısı İtaliya nəhənglərinin hədəfindədir
İtaliyanın iki əsas klubu – “İnter” və “Milan” “Lids Yunayted”in qapıçısı İlan Melyeni transfer etməkdə maraqlıdır.
Sportline.az xəbər verir ki, bu barədə "Tuttosport" nəşri məlumat yayıb.
25 yaşlı qapıçının İngiltərə klubuyla müqaviləsi 2026-cı ilin yayına qədər davam edir və ehtimal ki, uzadılmayacaq.
Buna görə “Lids Yunayted” fransalı qolkiperi yanvarda endirimli qiymətə satmağı planlaşdırır.