Lineker Messini "ən böyük futbolçu" adlandırıb
İngiltərə millisinin sabiq hücumçusu Qari Lineker “İnter Mayami”nin hücumçusu Lionel Messi barədə danışıb.
Sportline.az xəbər verir ki, Lineker niyə Messini indiyədək ən böyük futbolçu hesab etdiyini açıqlayıb.
“Məncə, Messi izləməkdən zövq aldığım ən böyük futbolçudur. Messi iki onillik ərzində mənə böyük sevinc bəxş etdi. O, sadəcə insanların edə bilmədiyi şeyi edir. Onu izləmək sadəcə xoşdur. Onun iştirak etdiyi hər matça baxıram. Hətta adi günlərdə o, bir oyunda bütün karyeram boyu etmədiyim üç və ya dörd şeyi edir. Buna görə də, o, müəyyən mənada ən böyük oyunçu ilə bağlı bütün mübahisələri dayandırdı " - deyə Lineker "Goal.com"a bildirib.