Linqard bu klubla məşq edir

"Nottingem Forest"in keçmiş yarımmüdafiəçisi Cessi Linqard "Vest Hem"ə keçə bilər.

Sportline.az xəbər verir ki, Linqard hazırda formada qalmaq üçün “Vest Hem”də məşq edir. Qısamüddətli müqavilənin mümkünlüyü istisna edilmir.

Bu arada 30 yaşlı ingilisin ÇSKA-ya transferinin baş tutmayacağı barədə məlumat var idi.

Linqard ötən mövsüm “Nottingem Forest”in heyətində 20 oyuna çıxıb, 2 qol vurub.