Linqarda təkliflər var

Yarımmüdafiəçi Cesse Linqard "Vest Hem" ilə məşq etməyə davam edir.

Sportline.az xəbər verir ki, 30 yaşlı ingilis "Nottinqem Forest"dən ayrıldıqdan sonra London komandası ilə formasını saxlayır. Futbolçuya Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər və MLS-dən təkliflərin olduğu bildirilib.

2022/23 mövsümündə Linqard "Nottingem Forest"də çıxış edib və burada 20 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.