"Lion"dan "Axmat"a
"Axmat" "Lion"un yarımmüdafiəçisi Kamilo Reycers de Oliveyra ilə müqavilə imzaladığını açıqlayıb.
Sportline.az xəbər verir ki, 24 yaşlı braziliyalı Qroznı klubu ilə 2025/26 mövsümünün sonuna qədər müqavilə imzalayıb.
Kamilo 2020-ci ilin yanvarında "Ponte Preta"dan "Lion"a keçib.
2021-ci ilin martından 2022-ci ilin dekabrına qədər yarımmüdafiəçi icarə əsasında Braziliyanın "Ponte Preto" klubunda çıxış edib. Komandanın heyətində 78 matçda 2 qol vurub.