Lionel Messi ilin futbolçusu ola bilər
UEFA rəsmi saytında 2022/23 mövsümü üçün "ilin ən yaxşı oyunçusu" mükafatına namizədləri açıqlayıb.
Sportline.az xəbər verir ki, ilk üç namizəd arasında ötən mövsüm PSJ-də çıxış edən “İnter Mayami”nin hücumçusu Lionel Messi, “Mançester Siti”nin hücumçusu Erlinq Haaland və onun komanda yoldaşı Kevin de Brüyne yer alıb.
İlk üçlük ötən mövsüm avrokuboklarda çıxış etmiş klubların baş məşqçiləri və UEFA-ya üzv ölkələrin milli komandalarının məşqçilərinin səsverməsi nəticəsində müəyyənləşib.
Qalib avqustun 31-də elan olunacaq.