"Liverpul" "Nyukasl"a elçi düşüb
"Liverpul" "Nyukasl"ın yarımmüdafiəçisi Bruno Gimaraeslə maraqlanır.
Sportline.az xəbər verir ki, mersisaydlılar transfer pəncərəsinin son günlərində 25 yaşlı braziliyalı üçün 100 milyon funt-sterlinq təklif etsə də, “Nyukasl”dan qəti şəkildə rədd cavabı alıb.
Guimaraes 2022-ci ilin yanvarından "Nyukasl"da çıxış edir. Bu mövsüm o, "sağsağanlar"ın heyətində 4 oyun keçirib. "Transfermarkt" portalı yarımmüdafiəçini 70 milyon avro dəyərində qiymətləndirir.