"Liverpul"dan əzmkar qələbə
İngiltərə Premyer Liqasında 3-cü tur davam edir.
Sportline.az xəbər verir ki, "Liverpul" bu dəfə səfərdə "Nyukasl"la qarşılaşıb. Matç "mersisaydlılar"ın əzmkar qələbəsi ilə başa çatıb.
"Liverpul" azlıqda qalmasına və 0:1 hesabı ilə geridə olmasına baxmayaraq sonra 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Liverpul" hazırda turnir cədvəlində 7 xalla 4-cü, "Nyukasl" isə 3 xalla 13-cüdür.
"Nyukasl" - "Liverpul" - 1:2
Qollar: Entoni Qordon, 25 - Darvin Nunes, 81, 90+3
Qırmızı vərəqə: Vircil van Deyk, 28 ("Liverpul")