"Liverpul"la müqaviləsini uzatmaq istəyir
"Liverpul"un müdafiəçisi Konstantinos Tsimikas klubda qalmaq niyyətindədir.
Sportline.az xəbər verir ki, 27 yaşlı yunan "qırmızılar"la 2027-ci ilin iyununa qədər yeni müqavilə imzalamaq istəyir. Hazırkı müqavilə 2025-ci il iyunun 30-a qədərdir.
Tsimikas 2020-ci ildən "Liverpul"da çıxış edir. Ümumilikdə o, komandanın heyətində 62 oyun keçirib və 12 məhsuldar ötürmə edib. Transfermarkt portalı futbolçunun dəyərini 18 milyon avro qiymətləndirir.