"Liverpul"un sabiq forvardı Avropa futboluna qayıdır
"Liverpul"un sabiq hücumçusu Darvin Nunyez karyerasını "Yuventus"da davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
26 yaşlı futbolçu Turin klubunda çıxış etməyə müsbət yanaşır.
Qeyd edək ki, D.Nunyes cari mövsüm meydana çıxdığı 24 matçda 9 qol, 5 asistlə yadda qalıb.