"Liverpul"un yeni hədəfi
"Liverpul" "Sauthempton"un yarımmüdafiəçisi Romeo Lavia üçün yeni təklif irəli sürüb.
Sportline.az xəbər verir ki, mersisaydlılar futbolçunu 42 milyon funta almaq istəyir. “Müqəddəslər” futbolçu üçün 50 milyon almaq istədikləri üçün bu təklifi rədd edəcəklər.
2022/23 mövsümündə Lavia "Sauthempton"da 34 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.