"Lokomotiv"də 3 ayrılıq

Fransua Kamano, İqor Smolnikov və Dmitri Jivoqlyadov "Lokomotiv"i tərk edib.

Sportline.az xəbər verir ki, klub hücumçunun və iki müdafiəçinin müqavilələrinin başa çatması ilə əlaqədar komandadan ayrıldığını açıqlayıb.

Kamano “qırmızı-yaşıllar”ın heyətində 91 oyun keçirib, 18 qol vurub, 6 məhsuldar ötürmə edib.

Dmitri Jivoqlyadov “Lokomotiv”in heyətində 94 oyun keçirib və 10 məhsuldar ötürmə edib.

İqor Smolnikov qışda Moskva klubuna keçib və bütün yarışlarda 9 oyuna çıxıb.