London klubu Fermini istəyir

“Barselona”nın futbolçusu Fermin Lopesin karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək ehtimalı var.

Sportline.az xəbər verir ki, “Çelsi” ispaniyalı hücumameyilli yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədir. Bu barədə jurnalist Ben Ceykobs məlumat verib.

Bildirilib ki, London təmsilçisi bir neçə mövqedə çıxış edə bilən Fermini artıq uzun müddətdir diqqətdə saxlayır və yaxın vaxtlarda 22 yaşlı futbolçunun klubu ilə danışıqlara başlamağı planlaşdırır.

Fermin Lopes “Barselona”nın yetirməsidir. İspaniya millisinin üzvü cari mövsümdə Kataloniya klubunun heyətində iştirak etdiyi 23 rəsmi oyunda 8 qol vurub və 10 məhsuldar ötürmə edib.