Luis Enrike PSJ-nin bazasında yaşayır

Luis Enrike müvəqqəti olaraq PSJ klubunun bazasında məskunlaşıb.

Sportline.az xəbər verir ki, PSJ-nin baş məşqçisi təyin edildikdən sonra Enrike uyğun yaşayış yeri tapana qədər klubun bazasında yaşayır.

İspan mütəxəssis klub bazasına mümkün qədər yaxın yerləşmək istəyir və Parisin mərkəzində yaşamaq arzusundadır.

Qeyd olunur ki, Parisdə daşınmaz əmlak bazarında vəziyyət ağır olaraq qalır. Məsələn, Maurisio Poçettino 2021-ci ilin yanvarında PSJ-nin baş məşqçisi təyin edildikdən sonra uyğun mənzil tapana qədər bir ildən çox oteldə yaşayıb.