Luis Enrike qərarını verdi
Luis Enrike PSJ və "Barselona" arasında münasibətləri düzəltməyə kömək etmək qərarına gəlib.
Sportline.az xəbər verir ki, parislilərin yeni baş məşqçisi rəhbərliyin keçmiş komandasından futbolçu almasını istəmir. O, klublar arasında qarşıdurmanın bitəcəyinə ümid edir.
Qeyd olunur ki, bununla bağlı PSJ Pedri və ya Qavini almaq üçün cəhdlər etməyi planlaşdırmır.