Luis Enrike son durumu açıqladı
PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu ərəfəsində komandanın vəziyyəti haqda danışıb.
Sportline.az xəbər verir ki, ispaniyalı mütəxəssis oyunqabağı mətbuat konfransında düşərgədəki durumun normal olduğunu bildirsə də qayğılarını da gizlətməyib: "Klubun fikrinin nədə isə qalması yaxşı məqam deyil. İddialı olmalıyıq. Qayğılı durum heç bir sahədə müsbət nəticəsini vermir. Turnirin necə alınacağını isə gələcək göstərəcək".
Qeyd edək ki, PSJ sabah ilk turda "Borussiya"nı qəbul edəcək.