Lukaku ərəblərin təklifindən imtina etdi

Romelu Lukaku Səudiyyə Ərəbistanının yeni təklifini rədd edib.

Sportline.az xəbər verir ki, daha əvvəl "Çelsi"nin hücumçusunun Səudiyyə klubunun illik 25 milyon avroluq təklifinə "yox" dediyi məlum olub.

Yeni müqaviləyə əsasən futbolçuya təklif olunan maaş 30 milyon avroya qədər artırılıb, bu da Romelunun Avropada qalmaq istəyinə təsir etməyib.

Lukaku 30 yaşında Səudiyyə Ərəbistanına getməyi vaxtından əvvəl hesab edir və ən azı 2026-cı il dünya çempionatının sonuna qədər Avropanın yüksək liqalarında oynamaq istəyir.