Lukaku qalmaqalı böyüyür
"İnter" Romelu Lukakunu ən azı bir il komandada saxlamaq niyyətindədir.
Sportline.az xəbər verir ki, hücumçu 2022/23 mövsümünü "Çelsi"dən icarə əsasında Milan komandasında keçirib. Böyük ehtimalla “neradzurri” futbolçu üçün yeni icarə təklifi edəcək.
"İnter" belçikalı futbolçunu 30 milyon avroya almaq şərtilə icarəyə götürmək istəyir. "Çelsi" isə məcburi satınalma bəndinin daxil edilməsi üçün səy göstərəcək.
Qeyd edək ki, “Çelsi” Lukakunu Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna satmağa ümid edirdi, lakin belçikalı ona edilən təklifi qəbul etməyib və bütün diqqətini “İnter”ə qayıtmağa yönəldib.