Lukaku qitə nəhənginin hədəfində
İtaliyanın "İnter" klubu Romelu Lukaku üçün "Çelsi"yə təklif ünvanlayıb.
Sportline.az La Gazetta dello Sport nəşrinə istinadla xəbər verir ki, milanlılar belçikalı futbolçu üçün 30 milyon avrodan keçməyə hazırdırlar.
Tərəflərin bu həftə danışıqlar masası arxasına keçəcəyi bildirilir.
Qeyd edək ki, Lukaku son mövsümdə "İnter" formasında çıxdığı 25 oyunda 10 qol və 6 assistlə yadda qalıb.