Lukas Toreyra son qərarını açıqlayıb

"Qalatasaray"ın ulduz futbolçusu Lukas Toreyra son qərarını verib.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, uruqvaylı yarımmüdafiəçi "sarı-qırmızlar"la yola davam etmək istədiyini bildirib.

"Qalatasaray" rəsmiləri mövsüm başa çatmadan Toreyraya yeni müqavilə təklif edəcəklərini bildiriblər.

Qeyd edək ki, Lukas Toreyra bu mövsüm "Qalatasaray" forması ilə çıxdığı 37 oyunda 1 qol, 2 asistlə yadda qalıb.