Lunyovun "Qarabağ"da qazancı məlum oldu
"Qarabağ"ın yeni transferi Andrey Lunyovun məvacibi məlum olub.
Sportline.az xəbər verir ki, 31 yaşlı qolkiper "Qarabağ"da ilk mövsümünə görə 200 min avro (təxminən 370 min manat) alacaq.
Xatırladaq ki, Lunyov "Qarabağ"la 1+1 illik müqavilə imzalayıb.
Rusiyalı futbolçu, karyerası ərzində “Torpedo”(Moskva), “Saturn”, “Ufa”, “Zenit” və “Bayer” klublarının formasını geyinib.