Macarıstan klubu "Qəbələ" ilə oyunlar üçün 21 futbolçu sifariş verib

Macarıstanın “Fehervar” komandasının UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Qəbələ"yə qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsi müəyyənləşib.

Sportline.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Mixael Boris siyahıya 21 oyunçu daxil edib.

Qapıçılar: 1. Daniel Kovaç, 42. Emil Rokkov

Müdafiəçilər: 4. Adrian Rus (Rumıniya), 5. Attila Fiola, 11. Loik Neqo, 13. Artyom Şabanov (Ukrayna), 22. Stopira (Kabo-Verde), 26. Mixael Lüftner (Çexiya), 31. Nikola Serafimov (Şimali Makedoniya), 55. Marsel Heyster (Almaniya), 65. Silvester Hanqya

Yarımmüdafiəçilər: 6. Peter Pokornı (Slovakiya), 8. Yevgeni Makarenko (Ukrayna), 21. Ruben Pintu (Portuqaliya), 23. Pal Darda, 80. Boqdan Lednev (Ukrayna), 94. Klaudiu Bumba (Rumıniya)

Hücumçular: 7. İvan Petriak (Ukrayna), 9. Budu Zivzivadze (Gürcüstan), 19. Kenan Kodro (Bosniya və Herseqovina), 70. Funşo Bamqboye (Nigeriya)

Qeyd edək ki, “Qəbələ” “Fehervar”la ilk oyununu iyulun 21-də evdə, cavab matçını isə iyulun 28-də səfərdə keçirəcək.