Mahir Emreli bu mövsüm "Dinamo"nun heyətində ilk qolunu vurub

Azərbaycan millisinin futbolçusu Mahir Emreli bu mövsüm Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının heyətində ilk qolunu vurub.

Sportline.az xəbər verir ki, 25 yaşlı hücumçu yerli çempionatda III turun "İstra 1961" ilə ev oyununda fərqlənib.

Meydana 81-ci dəqiqədə daxil olan Emreli cəmi 7 dəqiqə sonra matçda son nöqtəni qoyub - 4:1.

Bununla da ardıcıl 3-cü qələbəsini qazanan "Dinamo" 9 xalla vahid liderliyini davam etdirir.