Mahir Emreli məhsuldar ötürmə verib, komandası uduzub

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın "Nürnberq" klubunda məhsuldar ötürmə verib.

Sportline.az xəbər verir ki, 27 yaşlı hücumçu "Paderborn"a qarşı II Bundesliqanınn XIII tur matçında buna nail olub.

O, 8-ci dəqiqədə komandasının ilk qolunun vurulmasında iştirak edib.

Qarşılaşma "Nürnberq"in məğlubiyyəti ilə bitib - 2:3.