Mahir Emreli qayıtdı
Milli komandamızın hücumçusu Mahir Emreli Xorvatiyaya qayıdıb.
Sportline.az xəbər verir ki, o, Zaqreb "Dinamo"sunun düşərgəsinə qoşulub.
Mahir komanda ilə Sloveniyaya təlim-məşq toplanışına yollanacaq.
Qeyd edək ki, son mövsümü icarə əsasında "Konyaspor"da keçirən futbolçu 2026-cı il iyunun 30-dək "Dinamo"ya məxsusdur.