Mahirin komandası "Sparta"ya qarşı

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Zaqreb) bu gün Avropa Liqasında pley-off mərhələsinin oyununa çıxacaq.

Sportline.az xəbər verir ki, Xorvatiya təmsilçisi  Çexiya "Sparta"sını qəbul edəcək. Görüşə saat 22:00-da start veriləcək.

Komandalar arasındakı cavab oyunu avqustun 31-i keçiriləcək.

24 avqust

Avropa Liqası, pley-off mərhələsinin ilk oyunları

22:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Sparta" (Praqa, Çexiya)